Bloq | Mozilla Azərbaycanhttps://mozillaz.org/blog/2018-02-13T14:53:54.880000+00:00Bloq yazılarımızMozilla Ailəsi2015-02-21T22:38:03+00:002015-03-06T23:19:49.809000+00:00Mozilla Azerbaijanhttps://mozillaz.org/blog/author/mozillaz/https://mozillaz.org/blog/mozilla-ailesi/
Mozilla Foundation - Mozilla Ailəsi

Bir çoxlarımız Mozilla Ailəsinin məhsullarını gündəlik həyatımızda işlədirik. Amma çoxları Mozilla haqqında məlumatsızdır.

Mozilla Foundation - Açıq Qaynaqlı Mozilla Proyektlərini dəstəkləyib, idarə edən qeyri-kommersial təşkilatdır. Bütün məhsulların inkişaf etdirilməsi üçün lazım olan maddi və texniki dəstəyi göstərir, rəsmi loqotiplərə nəzarət edir və başqa bir çox işləri öz əlində saxlayır.

22 yanvar 1998-ci ildə Netscape Communications Corporation, səyyahlarla olan müharibədə uduzduqdan sonra Netscape Communicator 5 -in qaynaq kodlarını açdı. Kodlar o qədər pis vəziyyətdə idi ki, bir qrup maraqlılar yığışaraq kodu təzədən yazmaq qərarına gəldilər. Netscape-in daxili nüvəsinin adının şərəfinə yeni proyekt Mozilla adlandırıldı.

23 fevral 1998-ci ildə Netscape "Mozilla Suite"-in hazırlanması üçün "Mozilla Organization" adlı təşkilat yaratdı. Təşkilat, əsasən, Netscape-in peşəkar tərtibatçılarından ibarət idi, amma demək olar ki, Netscape-dən asılı deyildi. Əvvəlcə məlumat yaymışdılar ki, Mozilla səyyahı sadəcə test məqsədləri üçün hazırlanır, istifadəçilər üçün yox. Bu üzdən müvəqqəti olaraq istifadəçilər üçün Beonex Communicator istifadəyə verildi, bununla belə bir çox istifadəçilər Mozilla-nın test versiyasını yükləyirdilər.

America Online (AOL) (Netscape) səyyah üçün olan xərcləri azaltdıqda isə proyektin maliyyə dəstəyi üçün Mozilla Foundation yaradıldı. AOL Mozilla Fondunun yaradılması üçün lazımi işləri gördü və 3 aylığına fond 3 nəfərin istifadəsinə verildi. Bu Mozilla-nın AOL (Netscape) -dan ayrılması üçün idi. 2 il ərzində isə Mozilla Fondu üçün 2 milyon dollar məbləğ ayırdı.

3 avqust 2005-ci ildə Mozilla Foundation yeni Mozilla təşkilatını yaratdı. Mozilla təşkilatı Mozilla Firefox və Mozilla Thunderbird proqramlarının yeni versiyalarının hazırlanmasına və texniki dəstəyə baxırdı. Mozilla Fondundan fərqli olaraq Mozilla təşkilatı vergi ödəyirdi və daha çox imkanlara malik idi.

Hazırda Mozilla Fondu Camino və SeaMonkey proyektlərinə nəzarət edir. Netscape-dən fərqli olaraq Mozilla təşkilatı daha da qorumalı hərəkət edir. Bütün loqotiplər və s. Mozilla təşkilatının adınadır. Mozilla Fondu proyektlərin kodlarının yayılması və istifadəsinə nəzarət edir.

Mozilla Fonduna ən çox dəstək Google tərəfindən gəlir. 2005-ci ildə bağlanmış razılaşmaya əsasən 2008-ci ilədək Mozilla Firefox-da əsas axtarış və ana səhifə Google-un idi.2008-ci ildə müqavilənin vaxtı bitdikdə Google dərhal daha 3 illik müqavilə bağladı.

Mozilla -nın demək olar ki, bütün məhsulları Linux istifadəçiləri arasında aktiv işlənir. Linux sistemlərinin çoxunda Mozilla Firefox əsas səyyahdır, Mozilla Thunderbird isə əsas e-poçt klientidir. Linux Ubuntu-da Mozilla Firefox və Thunderbird demək olar ki, sistemlə tam uyğunlaşdırılıb, yeni çıxan Unity panel ilə rahat işləyir və həmçinin çox sürətlidir.

Aşağıda Mozilla-nın məhsulları ilə tanış ola və yükləyə bilərsiz:

1) Mozilla Firefox - İnternet Səyyah. Sözsüz bir çoxlarının könlünü qazanmış proyekt. İnterneti açıq və qorumalı saxlamaq məqsədi ilə yaradılıb. Bu haqda Mozilla çox gözəl bir video da düzəldib. (Video ingilis dilindədir):

<object data="http://www.mozillaz.org/static/grappelli/tinymce/jscripts/tiny_mce/plugins/media/moxieplayer.swf" height="360" style="width: 640px; height: 388px;" type="application/x-shockwave-flash" width="640"><param name="wmode" value="transparent"/><param name="src" value="http://www.mozillaz.org/static/grappelli/tinymce/jscripts/tiny_mce/plugins/media/moxieplayer.swf"/><param name="flashvars" value="url=http%3A//videos-cdn.mozilla.net/brand/Mozilla_2011_Story.mp4&poster=http%3A//www.mozilla.org/media/img/mission/poster-mission.jpg"/><param name="allowfullscreen" value="true"/><param name="allowscriptaccess" value="true"/>
This video requires a browser with support for open video or the Adobe Flash Player.
</object>

2) Mobil cihazlar üçün Firefox. Artıq mobil internet daha da aktivdir. Əksər saytların mobil servisləri daha çox işlənir nəinki web.Mobil telefondan bizə daima kompüterimizdə olan linklər və s. lazım olur. Həmçinin sürətlə web və mobil saytlara girməli oluruq. İndiyədək Firefox -un mobil versiyasına o qədər də fikir vermirdilər, çünki Flash dəstəyi yox idi. Lakin təzəliklə yeni Beta versiyasında Flash dəstəyi və digər stabilləşdirmə işləri görülüb. Artıq daha da diqqətə layiq səyyah alınıb.

3) Mozillanın diqqətə layiq daha bir proyekti, Mozilla Thunderbird. Bu çox rahat və çoxfunksiyalı e-poçt klientidir. Mozilla Thunderbird ilə rahatca e-poçtlarınızı bir klientdə oxuya və idarə edə bilərsiz.

4) Mozilla SeaMonkey - Vaxtıyla yaradılmış Mozilla Suite. Bütün lazımi funksiyalar bir yerdə. Həm səyyah, həm e-poçt və xəbər qrupu klienti, HTML Editor, Web Tərtibatçı Alətləri, İRC klient - bütün bunları özündə birləşdirən başqa səyyah yoxdur.

5) Mozilla Lightning və Sunbird - Lightning kalendar,task və digər planlama işləri üçündür. Sunbird isə kalendarın istifadəsini daha da maraqlı edən tətbiqdir.

6) Mozilla Camino - Mac OS X üçün optimallaşdırılmış internet səyyahıdır. Cocoa user interfeysi ilə qurulub, Gecko mühərriki ilə işləyir.

Mozillanın Eksperiment İşləri:

7) WebFWD

8) Rainbow

Mozilla Tərtibatçılar üçün Alətlər:

1) Mozilla Bugzilla - Şirkətlər üçün hazırlanmış bug tapan sistem. Dünyanın bir çox şirkətləri tərəfindən aktiv işlədilir.

2) Mozilla Firebug - Əksər Tərtibatçılar tərəfindən aktiv işlədilən alətdir. Web saytlarda səhvlərin tapılmasında əvəzsiz rol oynayır. Saytda dəyişiklik etmədən yenilikləri firebug ilə əvvəlcədən test edib saytın sonrakı görünüşünü görə bilərsiz. Bu gözlənilməz səhvlərin çıxmasının qarşısını alır, həmçinin çox istifadəçisi olan saytların təmirə görə bağlanmaqlarına ehtiyyac yaranmır.

Mozilla ilə Düzəlmiş Proqramlar:

1) CouchDB - Lokal istifadə üçün hazırlanmış sənədlərlə işləyən məlumat bazası

2) ChatZilla - Bir çoxları tərəfindən günümüzdə də işlədilən İRC klienti

Mozilla ilə düzəlmiş digər proqramlar...

Mozilla Texnalogiyaları:

1) Gecko - HTML,CSS,XUL və JavaScript tipli proqramları oxuyub oları ekranda göstərir.

2) XULRunner - İstifadəçilərə Firefox və Thunderbird kimi XUL ilə işləyən proqram yazmağa imkan verir.

Digər Mozilla texnalogiyaları...

Arxivləşmiş Proyektlər:

1) Minimo - Mobil cihazlar üçün səyyah yaratmaq cəhdi idi, lakin daha sonra 2007-ci ildə proyekt dayandırıldı və əvəzində Firefox for Mobile proyekti yaradıldı.

2) Mozilla Suite - Mozilla-nın düzəltdiyi bütün proqramları özündə cəmləndirən paket. Mozilla əsas diqqətini Firefox və Thunderbird-ə ayırdığından 2006-cı ildən proqramın yenilənməsinə son verildi və proyekt arxivə düşdü.

Bunlardan əlavə bu il Mozilla həmçinin B2G əməliyyat sistemini nümayiş etdirmişdi və hal-hazırda sistem üzərində işlər gedir.

Bu sistem Gecko mühərriki ilə işləyir və bütün kodlar tam HTML-dən ibarətdir. Tam HTML-dən ibarət əməliyyat sistemi. Əsasən Android ilə işləyən bütün telefonlarda işləyə bilir. Hətta market-i də var, ordan növbənöv oyun və tətbiqetmələr yazmaq mümkündür. Və ən əsası, əgər sizin də sadə HTML biliyiniz varsa, bu sistem üçün proqram yaza və ya birbaşa sistemdə nəsə əlavə edə bilərsiz. Kodları tam açıqdır. Hələlik bunun üzərində çoxlu işlər gedir. Tezliklə ümüdvarıq hər zamankı kimi bizi sevindirər.

Qeyd: Bu məqalə 25 İyun 2012ci ildə Azerbaijan Open Source Network tərəfindən yazılıb.
Azərbaycan dilində Mozilla Firefox2015-02-21T03:26:15+00:002018-02-13T14:53:54.880000+00:00Mozilla Azerbaijanhttps://mozillaz.org/blog/author/mozillaz/https://mozillaz.org/blog/azerbaycan-dilinde-mozilla-firefox/
İnternetin hər kəsə açıq və əlçatan olması üçün çalışan Mozilla-nın masaüstü səyyahı Firefox Azərbaycan dilində rəsmi yayındadır.

Uzun illərdir Mozilla internetin inkişafı və təhlükəsizliyi üçün çalışır və istifadəçilərin ən çox güvəndiyi internet şirkəti olaraq fəaliyyət göstərir. Şirkətin internet üçün verdiyi ən böyük töhfələrdən biri də Firefox internet səyyahıdır.

İnternetdə saytlar istifadəçinin səyyahının dilinə görə onun dilində olan səhifəni göstərməyə çalışırlar. Və eyni zamanda bu həmin dildə maraqlı olan istifadəçi sayını göstərir. Bu dilə maraqlı olan istifadəçi sayı az olduqda internet xidmətləri göstərən saytlar da (Google, Yandex, Facebook, Twitter, Amazon, Ebay və s.) bu dildə danışanların az olduğunu, onsuz da hamısının fərqli bir dili (rusca və ya ingilizcə) bildiyini düşünürlər və bu dildə danışan istifadəçilərə xidmət göstərməkdə maraqlı olmurlar.

Uzun illərdir internetdə Azərbaycan dilinin yayılmasından söhbət gedir, bir qrup insanlar wikipedia - onlayn ensiklopediyanın Azərbaycan dilinə keçirilməsi üçün çalışırlar, amma internetdə Azərbaycan dilinin yayılması üçün ən əhəmiyyətli şeylərdən biri internetdə gəzmək üçün istifadə etdiyimiz səyyahın dilidir. Bu səbəblə biz Mozilla Azərbaycan icması olaraq uzun və yoğun işlərin sonunda heç bir maddi gəlir güdmədən Firefox səyyahında Azərbaycan dilinin də dəstəkləndiyi dillər siyahısına əlavə edilməsinə nail olduq. Geniş testlərdən sonra Firefox 35 versiyası tam Azərbaycan dili dəstəyi ilə yayıma verildi.

İcma olaraq uzun müddət Mozilla məhsullarında Azərbaycan dilinin də dəstəklənməsi üçün çalışacıq və bu işdə tək məqsədimiz öz dilimizin internetdə yayılması və istifadəçilərin öz dilimizdə internetdə gəzə bilməsini mümkün etməkdir.

İcmamız hər kəs üçün açıqdır və missiyamızda bizə dəstək olmaq istəyən hər kəs qatıla bilər.

Bizə qatılın, Masaüstü üçün Azərbaycan dilində Firefox səyyahını endirin.