mozilla

Haqqımızda

Mozilla Azərbaycan

Mozilla Azərbaycan İcması 2015-ci ildə Mozilla Təmsilcisi Emin Məstizadə tərəfindən Mozilla məhsullarının Azərbaycan üçün lokallaşdırılması və Azərbaycan dilli istifadəçilərə texniki dəstək göstərilməsi məqsədi ilə qurulub. Əsas məqsədlərdən biri İnternetdə Azərbaycan dilinin yayılmasıdır.

Mozilla Azərbaycan icması Firefox səyyahı, Android üçün Firefox, Firefox Hello, Mozilla Dəstək, Mozilla Ana Səhifəsi, Firefox Hesabı proyektlərini Azərbaycan dilinə tərcümə edib və Məzmunu Azərbaycana uyğun hala gətirib.

Hazırda icma Mozilla Tərtibatçı Şəbəkəsi, Firefox ƏS (əməliyyat sistemi) və Mozilla Dəstək yazılarının tərcüməsi üzərində işləyir, Dəstəkçilərin az olmasından dolayı işlər yavaş getsə də, zamanla bütün Mozilla proyektlərini Azərbaycan dilli istifadəçilər üçün hazır edəcəyimizə inanırıq.